BAKI, 29 avqust. TELEQRAF
“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb.
Teleqraf xəbər verir ki, bu barədə Muxtar Respublika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
31 yaşlı qolkiper dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentybarın 5-də İsrail, 4 gün sonra – sentyabrın 9-da isə Norveçlə keçiriləcək matçlarda komandasına kömək edəcək.