BAKI, 25 avqust. TELEQRAF

“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-ağlar" Coşqun Diniyevi heyətinə qatıb.

29 yaşlı yarımmüdafiəçi Muxtar Respublika təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən Coşqun Diniyev müxtəlif illərdə Premyer Liqanın “İnter”, “Qarabağ”, “Sabah” və “Zirə” klublarında çıxış edib. O, Türkiyənin “Ümraniyəspor”, “Bandırmaspor” komandalarının hər birində bir mövsüm keçirib. Diniyevin son klubu isə “Çorum” olub.