BAKI, 25 avqust. TELEQRAF
Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də keçiriləcək Qazaxıstan - Uels oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Astana şəhərində yerləşən “Astana Arena”da baş tutacaq.