BAKI, 22 avqust. TELEQRAF

Azərbaycan Premyer Liqasında II tura start verilib.

Teleqraf xəbər verir ki, açılış oyununda "İmişli" Şamaxı şəhər stadionunda "Neftçi"ni qəbul edib.

Baş hakim Rauf Cabarovun idarə etdiyi qarşılaşmada hesab açılmayıb.

Bununla da Samir Abasovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 2-ə çatdırıb.

"İmişli" isə ilk xalını qazanıb.

Qeyd edək ki, günün digər matçında "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək. "Azersun Arena"da reallaşacaq görüş saat 19:30-da start götürəcək.