BAKI, 20 avqust. TELEQRAF
"Rəqibin ilk hissədə də qol fürsətləri var idi".
Teleqraf xəbər verir ki, bunu Macarıstanın "Ferentsvaroş" klubunun qapıçısı Deneş Dibus evdə "Qarabağ"a 1:3 hesabı ilə məğlub olduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib.
34 yaşlı futbolçu komandasının yeganə qolunun müəllifi Barnabaş Varqanı fərqləndirib: "O, fərdi keyfiyyətini ortaya qoydu. Cozef Lenninin də əla şansı var idi, amma boş qapıya dəqiq zərbə endirə bilmədi. İkinci hissədə artıq mərkəz xəttində hakimliyi itirdik. "Qarabağ" şanslarından çox yaxşı istifadə etdi, hər şey onların xeyrinə oldu. Amma biz təslim ola bilmərik, çünki bizim daha bir 90 dəqiqəlik oyunumuz var. Matçın sonlarında ələ düşən fürsətlərdən istifadə edərək Bakıya daha yaxşı hesabla yollana bilərdik".
Qeyd edək ki, “Qarabağ” və “Ferentsvaroş” arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.