BAKI, 12 avqust. TELEQRAF
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubunu məğlub edən “Qarabağ” pley-offa vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan cavab oyununda Ağdam təmsilçisi 5:1 hesablı qələbə qazanıb.
Niderlandlı baş hakim Danni Makkelinin idarə etdiyi görüşdə hesabı qonaqlar açıblar. 10-cu dəqiqədə Fabris Tamba fərqlənib.
16-cı dəqiqədə rəqibin müdafiəçisi Klisman Tsake avtoqol müəllifi olub. Bu qoldan iki dəqiqə sonra Kadi Borges "köhlən atları" hesabda önə keçirib.
33-cü dəqiqədə Nəriman Axundzadə fərqi artırıb, 35-də isə Marko Yankoviç penaltini dəqiq yerinə yetirib.
Qarşılaşmanın 59-cu dəqiqəsində qol vuran Leandro Andrade yekun hesabı müəyyənləşdirib.
Skopyedə keçirilən oyunda da Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qalib gəlmişdi - 1:0.
"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinə gedən yolda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsü ilə qarşılaşacaq.
***
21:13
“Qarabağ" və Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.
Teleqraf xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşdə hesab arasındakı fərqi daha da artırıb.
59-cu dəqiqədə Leandro Andrade komandasının 5-ci qolunun müəllifi olub.
***
21:00
“Qarabağ" və Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.
Teleqraf xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşdə rəqibini darmadağın edir - 4:1.
***
20:44
“Qarabağ" və Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.
Teleqraf xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşdə rəqibini darmadağın edir - 4:1.
***
20:35
“Qarabağ" və Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşdə Ağdam təmsilçisi fərqi daha da artırıb.
35-ci dəqiqədə Marko Yankoviç penaltidən fərqlənib.
***
20:32
“Qarabağ" və Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşdə Ağdam təmsilçisi fərqi artırıb.
Nəriman Axundzadə 33-cü dəqiqədə komandasının 3-cü qolunu vurub.
***
20:17
“Qarabağ" və Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda üçüncü qol vurulub.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşdə Ağdam təmsilçisi hesabda önə keçib.
18-ci dəqiqədə Kadi Borges fərqlənib.
***
20:14
“Qarabağ" və Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşdə Ağdam təmsilçisi hesabı bərabərləşdirib.
16-cı dəqiqədə Klisman Tsake topu öz qapısına göndərib.
***
20:08
“Qarabağ" və Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşdə qonaqlar önə keçiblər.
Matçın 10-cu dəqiqəsində Fabris Tamba fərqlənib.
***
19:59
“Qarabağ" və Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu start götürüb.
Teleqraf xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
20:00 “Qarabağ” – “Şkendiya” 5:1
Qollar: Klisman Tsake (ö.q.) 16. Kadi Borges, 18. Nəriman Axundzadə, 33. Marko Yankoviç, 35 (pen.). Leandro Andrade, 59 - Fabris Tamba, 10
İlk oyun - 1:0
Baş hakim: Danni Makkelie
Baş hakimin köməkçiləri: Hessel Steeqstra, Yan de Vries
Dördüncü hakim: Mark Naqteqaal
VAR: Dennis Hiqler
AVAR: Riçard Martens
(Hakimlər briqadası Niderlanddandır)
Tofiq Bəhramov adına Respublika Stadionu.