BAKI, 7 avqust. TELEQRAF
"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri - Yunanıstan PAOK və Avstriyanın "Volfsberger" komandaları arasında ilk oyun keçirilib.
Teleqraf xəbər verir ki, Salonikidə təşkil olunan matçda qalib müəyyənləşməyib - 0:0.
Komandalar arasında cavab oyunu avqustun 14-də Avstriyada keçiriləcək. Cütün məğlubu ilə "Araz-Naxçıvan" - "Omoniya" duelinin güclüsü qarşılaşacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşündə Bakıda Kipr "Omoniya"sına 0:4 hesabı ilə uduzub.