BAKI, 4 avqust. TELEQRAF

Azərbaycan Premyer Liqasında son dörd mövsümün azarkeş sayı məlum olub.

Teleqraf Peşəkar Futbol Liqasının hesabatına istinadən xəbər verir ki, son dörd mövsüm ərzində stadionlara 902 994 tamaşaçı gəlib.

2021/2022 mövsümünün 112 oyununda ümumilikdə 89 010 azarkeş matçları arenadan izləyib.

2022/2023 mövsümündə bu rəqəm 261 564, 2023/2024 mövsümündə 276 487, sonuncu - 2024/2025 mövsümündə isə 275 933-ə çatıb.

Hər üç mövsümdə 180 oyun təşkil olunub.