BAKI. 18 iyul. TELEQRAF

"Qarabağ" klubu futbolçusu Rüstəm Əhmədzadə ilə yollarını ayırıb.

Teleqraf Ağdam təmsilçisxəbər verir ki, son üç mövsümdə icarə əsasında “Zirə”də çıxış etmiş 24 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2022-ci ilin yanvarında “Qarabağ”a keçən Əhmədzadə Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.