BAKI. 18 iyul. TELEQRAF

"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi üçün iştirak ərizəsini açıqlayıb.

Teleqraf xəbər verir ki, siyahıda 3 qapıçı, 9 müdafiəçi, 9 yarımmüdafiəçi və 3 hücumçu yer alıb.

Klub yetirmələrindən müdafiəçi Amin Rzayevlə yarımmüdafiəçi Hikmət Cəbrayılzadənin də adını "24-lüy"ə daxil edib.

"Qarabağ" II təsnifat mərhələsində İrlandiya "Şelburn"u ilə üz-üzə gələcək. İlk oyun iyulun 23-də səfərdə, cavab görüşü iyulun 30-da evdə olacaq.