BAKI, 18 iyul. TELEQRAF

Sloveniyada "Tsele" və "Sabah" komandaları arasında keçirilən UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Teleqraf xəbər verir ki, "Tsele" ümumi hesabda 6:5 hesablı üstünlüklə cütün qalibi olub və bu turnirdə yoluna davam edəcək.

"Sabah" isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

*** 00:22

Sloveniyada "Tsele" və "Sabah" komandaları arasında keçirilən UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə 6-cı qol vurulub.

Teleqraf xəbər verir ki, 108-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Nikita İosifov hesabı bərabərləşdirib - 3:3.

Bu nəticə sonadək dəyişməsə, Azərbaycan təmsilçisinin Avropa Liqasında mübarizəni dayandıracaq.

*** 00:20

Sloveniyada "Tsele" və "Sabah" komandaları arasında keçirilən UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə ikinci əlavə vaxt başlayıb.

Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi hesabda öndədir - 3:2.

*** 23:55

Sloveniyada "Tsele" və "Sabah" komandaları arasında keçirilən UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşünün əsas vaxtı başa çatıb.

Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi 90 dəqiqəlik mübarizəni öndə tamamlayıb - 3:2.

İlk görüşdə "Tsele" eyni hesabla qalib gəldiyi oyun matç hər biri 15 dəqiqədən ibarət 2 hissəlik əlavə vaxta gedib.

*** 23:29

Sloveniyada "Tsele" ilə keçirdiyi UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə "Sabah" komandası 2 dəqiqə ərzində 2 qol vurub.

Teleqraf xəbər verir ki, hücumçu Coy-Lens Mikels 63-cü və 64-cü dəqiqələrdə fərqlənərək, hesabı Azərbaycan klubunun xeyrinə dəyişib - 3:2.

Ümumi hesab isə bərabərdir - 5:5.

*** 23:09

Sloveniyada "Tsele" və "Sabah" komandaları arasında UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə üçüncü qol vurulub.

Teleqraf xəbər verir ki, 49-cu dəqiqədə meydan sahiblərinin futbolçusu Damyan Vuklişeviç künc zərbəsindən sonra topu birbaşa qonaq komandanın qapısına göndərib - 2:1.

*** 22:49

Sloveniyada "Tsele" və "Sabah" komandaları arasında UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə ilk hissə başa çatıb.

Teleqraf xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

*** 22:20

Sloveniyada "Tsele" və "Sabah" komandaları arasında UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə hesab bərabərləşib.

Teleqraf xəbər verir ki, 19-cu dəqiqədə "Sabah"ın futbolçusu Rəhman Daşdəmirov rəqibin zərbəsinin qarşısını əllə kəsdiyi üçün "Tsele"nin lehinə penalti təyin olunub.

Franko Kovaçeviç 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib - 1:1.

*** 22:12

Sloveniyada "Tsele" və "Sabah" komandaları arasında UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə hesab açılıb.

Teleqraf xəbər verir ki, 9-cu dəqiqədə künc zərbəsindən sonra Coy-Lens Mikels başla dəqiq zərbə ilə "Sabah"ı önə çıxarıb - 1:0.

*** 22:00

Sloveniyada "Tsele" və "Sabah" komandaları arasında UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü start götürüb.

Teleqraf xəbər verir ki, qarşılaşma Tsele şəhərindəki eyniadlı stadionda keçirilir.

17 iyul

UEFA Avropa Liqası

I təsnifat mərhələsi, cavab görüşü

22:00. “Tsele” (Sloveniya) - “Sabah” (Azərbaycan) - 3:3 (ƏSAS VAXT - 2:3, ƏLAVƏ VAXT - 1:0)

Qollar: Franko Kovaçeviç, 19 (pen.). Damyan Vuklişeviç, 49. Nikita İosifov, 108 - Coy-Lens Mikels, 9; 63; 64

İlk oyun - 3:2

Baş hakim: Draqomir Draqanov

Baş hakimin köməkçiləri: Xristo Hadziyski, Krasimir Atanasov

Dördüncü hakim: Martin Jivkov Velikov

VAR: Vasimir El-Hatib

AVAR: Volen Çinkov (Hakimlər briqadası Bolqarıstandandır)

"Tsele" stadionu.