BAKI, 10 iyul. TELEQRAF

UEFA Avropa Liqasının (AL) II təsnifat mərhələsində Azərbaycanın “Sabah” klubun potensial rəqiblərinin oyununda meydan sahibləri qələbə qazanıb.

Teleqraf xəbər verir ki, Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşündə Kiprdə “AEK Larnaka” Sebiyanın “Partizan” klubunu 1:0 hesabı ilə məğlub edib.

Oyunun taleyini həll edən yeganə qolu 67-ci dəqiqədə Enzo Kabrera vurub.

Qeyd edək ki, “Sabah” Bakıda Sloveniyanın “Tsele” klubuna 2:3 hesabı ilə uduzaraq, mərhələ adlamaq şanslarını çətinə salıb.

AL-in I təsnifat mərhələsinin cavab oyunları iyulun 17-də keçiriləcək.