BAKI. 21 iyun. TELEQRAF

İngiltərə "Nottingem Forest"i baş məşqçi Nunu Eşpritu Santu ilə müqaviləni uzadıb.

Teleqeaf klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssislə yeni sözləşmə 2028-ci ilin yayınadək nəzərdə tutulub.

51 yaşlı mütəxəssis komandaya 2023-cü ilin dekabrından rəhbərlik edir. Ötən mövsüm "Nottingem Forest" İngiltərə Premyer Liqasında 7-ci yeri tutub.