BAKI, 2 iyun. TELEQRAF

Azərbaycan milli komandasının keçmiş qapıçısı Dmitri Kramarenkonun qapıçılarla işləyən məşqçi kimi çalışdığı Moskva MOİK-i Rusiya Kubokunun qalibi olub.

Teleqraf xəbər verir ki, MOİK finalda "Rostov"u penaltilər seriyasında məğlub edib - 4:3.

Görüşün əsas vaxtı qolsuz yekunlaşıb. Penaltilər seriyasında isə MOİK-in qapıçısı İqor Akinfeyev "Rostov"un penaltilərindən birini dəf edib. Rəqibin daha bir penalti zərbəsi isə dirəyə tuş gəlib. Əvəzində MOİK 5 penaltidən cəmi birini qeyri-dəqiq yerinə yetirib.

Beləliklə, 39 yaşlı Akinfeyev karyerasında 22-ci titulunu əldə edib və rekordçuya çevrilib.

Qeyd edək ki, Dmitri Kramarenko 1992-2005-ci illərdə Azərbaycan yığmasının şərəfini qoruyub. O, 2000-ci ildə millinin qapıçılarla iş üzrə məşqçisi təyin olunsa da, 2021-ci ildə MOİK-də işə başlayıb.