BAKI, 29 may. TELEQRAF

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov uzun müddətdən sonra mükafatlandırılma mərasimində iştirak edə bilər.

Teıeqraf-ın əldə etdiyi məlumata görə, 51 yaşlı funksionerin Azərbaycan Kubokunun “Qarabağ” - “Sabah” arasında keçiriləcək final oyunundan sonra kubok və medalları şəxsən təqdim edəcəyi gözlənilir.

Artıq onun müntəzəm işə çıxdığı bildirilir. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da aldığı məlumata əsasən, oyundan öncə keçirilən mətbuat konfransında söyləyib.

Qeyd edək ki, Elxan Səmədov 2023-cü ilin dekabrın 16-sı bir qrup PFL əməkdaşı ilə Xankəndiyə gedərkən Ağdam rayonu ərazisində ağır qəza keçirib.