BAKI, 27 may. TELEQRAF

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün startı müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytında məlumat yayılıb.

PFL-nin qərarına əsasən yeni mövsüm 15 avqust tarixində başlanacaq.

Qeyd edək ki, 2025/2026 mövsümünün qalibi "Qarabağ" komandası olub.