BAKI, 21 may. TELEQRAF

“Neftçi” İK-nın futbolçusu Emin Həsənzadə ilə bağlı apellyasiya şikayəti təmin edilməyib.

Teleqraf xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin futbolçu ilə bağlı 4 oyunluq cəza qərarını qüvvədə saxlayıb.

Emin Həsənzadə futzal üzrə Yüksək Liqanın "Şuşa" ilə oyununun 34-cü dəqiqəsində təcavüzkar davranış səbəbindən birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Apellyasiya Arbitraj Tribunalı həmçinin “Şəfa”nın futbolçusu Ebru Əmirovanın da cəzasını qüvvədə saxlayıb.

O, AFFA U-15 Qızlar liqasının 1/4 final mərhələsinin “Ümid” (Gəncə) ilə matçının 36-ci dəqiqəsində rəqib komandanın rəsmi şəxsini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırıldığı üçün 4 oyunluq diskvalifikasiya edilib.