BAKI, 27 aprel. TELEQRAF

Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyevin heyətində yer aldığı “Eqnatiya” klubu Albaniya çempionatında növbəti oyununu keçirib.

Teleqraf xəbər verir ki, “Eqnatiya” 36-cı turda səfərdə “Teuta”ya uduzub – 1:2.

Zamiq Əliyevin adı oyunun iştirak ərizəsinə salınsa da, meydana çıxmaq şansı olmayıb.

“Eqnatiya” məğlub olmasına baxmayaraq, liderliyini qoruyur. Əliyevin komandası 59 xalla ən yaxın rəqibi "Vlazniya"nı 2 xal qabaqlayır.

Qeyd edək ki, Zamiq Əliyev cari mövsüm ərzində meydana çıxdığı 39 oyunda 1 qolla yadda qalıb.