BAKI, 19 aprel. TELEQRAF

“Qarabağ” futbolçusu Kevin Medina ilə yollarını ayırmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov evdə Azərbaycan Premyer Liqasının XXXI turunda “Neftçi”ni 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, kolumbiyalı müdafiəçinin “Qarabağ”la 2 illik müqaviləsinin olduğunu diqqətə çatdırıb: “Medina 4 oyundur çıxış etmir, lakin bu, onun oyunundan razı olmadığım demək deyil. Sadəcə, Mateus Silva özünü mərkəz müdafiəçisi mövqeyində yaxşı tərəfdən göstərdiyindən, ona gələcək planlarım üçün daha çox şans yaratmaq istəyirəm. Medinanın daha 2 il müqaviləsi var, bizim oyunçumuzdur. Qarşıdakı görüşlərdə ona maksimum şans verməyə çalışacağıq”.

Qurban Qurbanov Yassin Benzianın komanda qalmasını istədiyini söyləyib: “Onunla klub səviyyəsində danışıqlar gedir, təkliflər olunub. Hələ qarşıda bir neçə ay var. Bəlkə də mövsümün sonunda bilinəcək. Amma özüm onun komandada qalmasını istərdim".

Qeyd edək ki, Medina 2020-ci ildən “Qarabağ”ın şərəfini qoruyur.