BAKI, 19 aprel. TELEQRAF
Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyevin heyətində yer aldığı “Eqnatiya” klubu Albaniya çempionatında növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, “Eqnatiya” 35-ci turda evdə “Skenderbeu” ilə heç-heçə edib – 0:0.
Zamiq Əliyev start heyətində yer alıb və sona qədər meydanda olub.
“Eqnatiya” xal itkisinə baxmayaraq, liderliyini qoruyur. Əliyevin komandası 59 xalla ən yaxın rəqibi "Vlazniya"nı 3 xal qabaqlayır.