BAKI, 19 aprel. TELEQRAF

"Qarabağ" Azərbaycan Premyer Liqasının XXXI turunda evdə "Neftçi"ni 3:0 hesabı ilə darmadağın edib.

Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionda keçirilən derbidə hesabı 22-ci dəqiqədə Abdullah Zubir açıb.

40-cı dəqiqədə FIFA referisi Elçin Məsiyevin təyin etdiyi penaltini Yassin Benzia dəqiq vurub. Cəmi 1 dəqiqə sonra isə Nəriman Axundzadə yekun hesabı müəyyənləşdirib.

"Köhlən atlar" bu qələbə ilə xallarının sayını 76-ya çatdıraraq liderliyini möhkəmlədib. Aprelin 20-də "Zirə" evdə "Sumqayıt"ı məğlub edə bilməyəcəyi təqdirdə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv tarixində 12-ci, ardıcıl 4-cü çempionluğunu təmin edəcək. "Neftçi" isə 35 xalla 6-cıdır.

***

Bu görüşdə "Qarabağ" qələbə qazanacağı təqdirdə, sona 5 tur qalmış 12 qat Azərbaycan çempionu adını qazana bilər. Bunun üçün aprelin 20-də "Zirə"nin "Sumqayıt"la ev oyununda xal itirməsi yetərli olacaq.

50-ci dəqiqədə "Neftçi"nin üzvü Rafael Quzzo zədələndiyi üçün Emin Mahmudovla əvəzləndi

41-ci dəqiqədə Nəriman Axundzadə "Qarabağ"ın üçüncü qolunu vurur.

40-cı dəqiqədə Yassin Benzia penaltidən fərqlənərək hesabı 2:0 edir. 38-ci dəqiqədə Höccət Haqverdi Kadi Borgesin reydi zamanı qaydanı pozmuşdu.

22-ci dəqiqədə "Qarabağ" hesabı açır. Kadi Borgesin vurduğu cərimə zəribəsini Rza Cəfərov dəf etsə də, Abdullah Zubir qayıdan topu qapıdan keçirir.

***

20:00

"Qarabağ" və "Neftçi" komandaları arasında Azərbaycan Premyer Liqasının XXXI tur matçı start götürüb.

Teleqraf xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Azərbaycan Premyer Liqası

XXXI tur

19 aprel

20:00. "Qarabağ" – "Neftçi" - 3:0

Qol: Abdullah Zubir, 22, Yassin Benzia, 40 (penalti), Nəriman Axundzadə, 41

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

VAR: Kamal Umudlu

AVAR: Namik Hüseynov

Hakim-inspektor: Ömər Paşayev

Tofiq Bəhramov adına Respublika stadionu