
BAKI, 13 aprel. TELEQRAF
"Neftçi" komandası Azərbaycan Premyer Liqasının XXX turunun son oyununda "Zirə"ni qəbul edib.
Teleqraf xəbər verir ki, "Neftçi Arena"da baş tutan qarşılaşmada "qartallar" 4:2 hesablı qələbəyə sevinib.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi matçda hesabı meydan sahibi komanda açıb. "Flaqman"ın heyətində 9-cu dəqiqədə Filip Ozobiç fərqlənib. 23-cü dəqiqədə isə Edvin Kuç fərqi artırıb.
Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivdən qolları Rafael Utziq (43, 75) iki dəfə penaltidən, David Volkov (61) və Ceyhun Nuriyev (77) vurub.
"Zirə" bu qələbədən sonra xallarının sayını 58-ə çatdıraraq 2-ci pillədəki mövqeyini daha da möhkəmlədib. Samir Abasovun komandası 35 xalla 6-cıdır.
Qeyd edək ki, XXX turun digər oyunlarında "Qarabağ" səfərdə "Səbail"i 4:1, "Şamaxı" səfərdə "Sumqayıt"ı 2:1, "Turan Tovuz" isə evdə "Sabah"ı 2:1 hesabı ilə məğlub edib. "Kəpəz" - "Araz-Naxçıvan" matçında hesab açılmayıb - 0:0.