
TOVUZ, 13 aprel. TELEQRAF
"Kəpəz" komandası Azərbaycan Premyer Liqasının XXX turunda "Araz-Naxçıvan"ı qəbul edib.
Teleqraf xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.
Görüşü FIFA referisi Kamal Umudlu idarə edib.
Bununla da Azər Bağırovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 28-ə çatdıraraq 8-ci pillədəki "Sumqayıt"la xal fərqini minimuma endirib. Elmar Baxşıyevin komandası 52 xalla 3-cüdür.
XXX turuna "Neftçi"- "Zirə" matçı ilə yekun vurulacaq. Oyun saat 19:15-də başlayacaq.
Qeyd edək ki, XXX turun digər oyunlarında "Qarabağ" səfərdə "Səbail"i 4:1, "Şamaxı" səfərdə "Sumqayıt"ı 2:1, "Turan Tovuz" isə evdə "Sabah"ı 2:1 hesabı ilə məğlub edib.