BAKI, 14 fevral. TELEQRAF

“Neftçi” Azərbaycan Premyer Liqasının XXIII turunda “Qarabağ”la oyuna iki futbolçu itkisi ilə çıxacaq.

“Ağ-qaralar”ın mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, ukraynalı legioner Andrey Ştoqrin və Elvin Camalov Azərbaycan derbisində iştirak etməyəcək.

Ştoqrin zədəsinə görə fərdi məşq edir, Camalov əzəlisini dartdığı üçün komandaya kömək edə bilməyəcək. Digər futbolçular isə kollektiv məşqlərə qoşulub.

Qeyd edək ki, fevralın 16-da “Neftçi Arena”da baş tutacaq görüş saat 19:00-da start götürəcək.