BAKI, 11 mart. TELEQRAF
Xocavənd rayon Qırmızı Bazar qəsəbəsinə yola salınan növbəti köç karvanları mənzil başına çatıb, mənzillərin açarları təqdim edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Böyük Qayıdış proqramına uyğun olaraq bu mərhələdə qəsəbəyə 81 nəfərdən ibarət 20 ailə köçürülüb.
Təqdim etmə mərasimində Ağdam Füzuli Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
.jpg)
***
12:39
Xocalı rayonunun Xanabad kəndinə köç edən ailələrə mənzillərin açarları təqdim edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün mənzil başına çatan 21 ailəyə mənzillərin açarları təqdim edilib.
.jpg)
.jpg)
***
12:03
Bu gün Xocalının Xanabad kəndinə yola salınan 103 nəfərdən ibarət 21 ailə mənzil başına çatıb.
Teleqraf xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
06:33
Bu gün Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb.
Teleqraf xəbər verir ki, bu mərhələdə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 81 nəfərdən ibarət 20 ailə, Xocalının Xanabad kəndinə isə 103 nəfərdən ibarət 21 ailə köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.