BAKI, 28 yanvar. TELEQRAF

Bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə kömək 20 ailəyə mənzillərinin açarları təqdim olunub.

Teleqraf xəbər verir ki, tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

***

12:46

Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb.

Teleqraf xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.

***

06:32

Bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub.

Teleqraf xəbər verir ki, bu mərhələdə kəndə 77 nəfərdən ibarət 20 ailə qayıdır.

Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.