BAKI, 14 yanvar. TELEQRAF
Bakıda fəaliyyət göstərən “Face Up Beauty Academy”nin Afiyəddin Cəlilov küçəsindəki filialının yerləşdiyi qeyri-yaşayış sahəsi hərracda satılacaq.
Teleqraf-ın əldə etdiyi məlumata görə, paytaxtın mərkəzində yerləşən və 182.6 m² ərazisi olan obyektin ilkin bazar dəyəri 1,7 milyon manat dəyərləndirilib.
Hərrac yanvarın 27-də start götürəcək.
Qeyd edək ki, “Face Up Beauty Academy”nin sahibi Nərgiz Kələntərlidir.