BAKI, 21 sentyabr. TELEQRAF

"Bakıdakı yarış möhtəşəm keçdi".

Teleqraf xəbər verir ki, bunu Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi olan "Red Bull"un pilotu Maks Ferstappen deyib.

O, Bakı Şəhər Halqasında təşkil olunan yürüşdə birinci olduğu üçün özünü xoşbəxt hiss etdiyini söyləyib: Burada yenidən qalib gəlmək mənim üçün sadəcə fantastikdir. Bu gün hava küləkli idi, ona görə də bolidi idarə etmək çətin idi. Yarış bizim üçün çox gözəl keçdi".

Qeyd edək ki, Maks Ferstappen daha əvvəl 2022-ci ildə də Azərbaycan Qran-Prisinin qalibi olub.