BAKI, 21 sentyabr. TELEQRAF
"Daima irəli! Karyeramın ən yaxşı podiumunu qazandım"
Teleqraf xəbər verir ki, bunu Formula 1 üzrə Azərbaycan Qran-Prisində üçüncü olan "Uilyams"ın pilotu Karlos Sayns deyib.
İspaniyalı sürücü sevinc hissi keçirdiyini söyləyib: "Hər kəsə təşəkkür edirəm! Bu mənim "Uilyams"dakı ilk uğurlu çıxışımdır! Mövsüm ərzində çox mübarizə aparırdıq. Sürətimiz varsa və bütün il ərzində buna malikiksə, möcüzələr yarada bilərik. Ötməyi gözləmədiyimiz bir çox boliddən keçdik".
Qeyd edək ki, Azərbaycan Qran-Prisini "Red Bull"un pilotu Maks Ferstappen qazanıb.