BAKI, 21 sentyabr. TELEQRAF

Formula 1 üzrə Azərbaycan Qran-Prisi başa çatıb.

Teleqraf xəbər verir ki, Bakı Şəhər Halqasında təşkil olunan yürüşü "Red Bull"un pilotu Maks Ferstappen qazanıb.

Niderlandlı sürücü ən yaxın rəqibi Corc Rasseli ("Mersedes") 14.6 saniyə qabaqlayıb.

İlk üçlüyü "Uilyams"dan Karlos Sayns qapayıb.

Yürüşün ilk dövrəsində 324 xalla cari mövsümün turnir cədvəlinin lideri olan "Maklaren"in pilotu Oskar Piastri qəza edərək çıxışını erkən bitirib.

Turnir cədvəlinin ikinci sırasında 299 xalla Piastrinin komanda yoldaşı Lando Norris, üçdə isə 255 xalla Ferstappen qərarlaşıb.

Qeyd edək ki, Maks Ferstappen 2022-ci ildə keçirilən Azərbaycan Qran-Prisinin də qalibi olub. O, bu göstəricidə Azərbaycan Qran-Prisini ən çox qazanan meksikalı Serxio Peresə çatıb.

***

16:20

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisi davam edir.

Teleqraf xəbər verir ki, geridə qalan 42 dövrədən sonra "Red Bull"un pilotu Maks Ferstappen rəqiblərini qabaqlayır.

"Mersedes"dən Corc Rassel ikinci, "Uilyams"dan Karlos Sayns isə üçüncüdür.

Qeyd edək ki, pilotlar ümumilikdə 51 dövrə vurmalıdırlar.

***

15:58

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisinin ilk 30 dövrəsi geridə qalıb.

Teleqraf xəbər verir ki, "Red Bull"un pilotu Maks Ferstappen liderliyini qoruyur.

"Mersedes"dən Corc Rassel ikincidir. Ferstappenin komanda yoldaşı Yuki Tsunoda isə üçüncü sırada gedir.

Qeyd edək ki, pilotlar ümumilikdə 51 dövrə vurmalıdırlar.

***

15:32

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisinin ilk 15 dövrəsi geridə qalıb.

Teleqraf xəbər verir ki, hazırda "Red Bull" komandasının pilotu Maks Ferstappen rəqiblərini qabaqlayır.

Onun ardınca "Uilyams"dan Karlos Saynsla "Rasinq Bulls"dan Liam Lauson gəlir.

Qeyd edək ki, pilotlar ümumilikdə 51 dövrə vurmalıdırlar.

***

15:06

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisinin əsas yarışının startında qəza baş verib.

Teleqraf xəbər verir ki, "Maklaren"in pilotu Oskar Piastri baryerə çırpılıb.

Bununla da sarı bayraqlar dalğalandırılıb və trasa təhlükəsizlik maşınları daxil olub.

Piastri üçün yarış erkən başa çatıb.

***
15:00

Bakıda Formula 1 üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.

Teleqraf xəbər verir ki, yarışda hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparır.

Pilotlar qalibi müəyyənləşdirmək üçün Bakı Şəhər Halqasında iki saat ərzində 51 dövrə vuracaqlar.

Sentyabrın 20-də keçirilmiş sıralama turunda “Red Bull”un sürücüsü Maks Ferstappen hamını qabaqlayıb. İkinci sırada “Uilyams”dan Karlos Sayns, üçdə isə “Rasinq Bulls”dan Liam Louson qərarlaşıb.