BAKI, 21 sentyabr. TELEQRAF
“Rasing Bulls” komandasının pilotu Liam Louson, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turu zamanı qeyri-adi problemlə üzləşib.
Teleqraf xəbər verir ki, zelandiyalı sürücü bununla bağlı yürüşdən sonra danışıb.
"İkinci dövrə başlayandan sonuna qədər çox çətinlik yaşadım. Mədəm elə ağrıdı ki, özümü güclə saxladım, ancaq yarışı dayandırmadım. Düzünü desəm, bu, iki saata yaxın davam etdi. Sessiya boyu güclü oldum və bütün mümkün dövrələri bitirməyi bacardım.
Son dövrədə yağış mane olmağa başlayırdı, amma mən buna məhəl qoymadım və heç nə olmamış kimi davranmağa çalışdım”, - deyə Louson bildirib.
Qeyd edək ki, Liam Louson sıralama turunu üçüncü sırada bitirib. Azərbaycan Qran-Prisinə bu gün yekun vurulacaq.