BAKI, 21 sentyabr. TELEQRAF

Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, Bakı Şəhər Halqasında təşkil olunan yürüşün qalibi DAMS komandasının pilotu Cek Krouford olub.

"AIX Rasinq"dən Coşua Dürksen ikinci, "Haytek"dən Dino Beqanoviç isə üçüncü olub.

Bu gün, həmçinin saat 15:00-da Formula 1-in əsas yarış keçiriləcək.

***
11:16

Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-Prisinin əsas yarışında qəza baş verib.

Teleqraf xəbər verir ki, yürüşün 5-ci dövrəsində "Trident" komandasının pilotu Martinius Stenşorn baryerə çırpılıb.

Bununla da trasa təhlükəsizlik maşınları daxil olub.

Stenşorn yarışı erkən bitirib.

***
11:00

Bakıda Formula 2 üzrə Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb.

Teleqraf xəbər verir ki, hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır.

Sentyabrın 20-də təşkil olunan sprint turunu “Haytek”in pilotu Dino Beqanoviç qazanıb.

İkinci sıranı onun komanda yoldaşı Lük Brauninq, üçüncünü isə "Rodin Motorsport"dan Aleks Dann tutub.

Bu gün, həmçinin saat 15:00-da Formula 1-in əsas yarış keçiriləcək.