BAKI, 20 sentyabr. TELEQRAF

Bakı bu həftəsonu Formula 1 üzrə Azərbaycan Qran-Prisinə ev sahibliyi edir.

Teleqraf xəbər verir ki, minlərlə azarkeşin canlı izlədiyi bu möhtəşəm idman bayramında II Qarabağ müharibəsində xalqımıza tarixi qələbəni yaşadan qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz də fəxri qonaq qismində dəvət olunublar.

Həmçinin, balaca Formula 1 həvəskarları bulvar boyunca təşkil olunan əyləncələrdə iştirak ediblər.