BAKI, 20 sentyabr. TELEQRAF

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turu keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Şəhər Halqasında təşkil olunan yürüşdə "Red Bull"un pilotu Maks Ferstappen hamını qabaqlayıb.

İkinci pilləni "Uilyams"dan Karlos Sayns, üçüncünü isə "Rasinq Bulls"dan Liam Louson tutub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

***

17:54

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turunun üçüncü sessiyası davam edir.

***
17:41

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turunun üçüncü sessiyası dayandırılıb.

Teleqraf xəbər verir ki, buna səbəb “Maklaren”in pilotu Oskar Piastri qəza etməsi olub.

Avstraliyalı sürücü sıralama turunu erkən başa vurub.

***

17:37

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turunun üçüncü sessiyası davam edir.

***

17:24

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turunun üçüncü sessiyası dayandırılıb.

Teleqraf xəbər verir ki, buna səbəb “Ferrari”nin pilotu Şarl Leklerin qəza etməsi olub.

Məşhur sürücü sıralama turunu erkən başa vurub.

***

17:18

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turunun üçüncü sessiyasına start verilib.

***

17:10

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turunun ikinci sessiyası başa çatıb.

Teleqraf xəbər verir ki, sessiyanı "Maklaren"in pilotu Lando Norris qazanıb.

11-15-ci pillələri tutan pilotlar növbəti sessiyanı buraxacaqlar. Bunlar Fernando Alonso ("Aston Martin"), Lüis Hemilton ("Ferrari"), Qabriel Bortoleto ("Zauber"), Lens Stroll ("Aston Martin") və Oliver Bermandır ("Haas").

***

16:58

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turunun ikinci sessiyası davam edir.

***

16:52

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turunun ikinci sessiyasında qəza baş verib.

Teleqraf xəbər verir ki, "Haas"ın pilotu Oliver Berman baryerə çırpılıb.

Nəticədə qırmızı bayraq qaldırılıb və yürüşə pauza verilib.

***

16:48

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turunun ikinci sessiyasına start verilib.

***

16:39

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turunun ilk sessiyası başa çatıb.

Teleqraf xəbər verir ki, Bakıda keçirilən yürüşün ilkin nəticəsinə əsasən Lando Norris ("Maklaren") rəqiblərini qabaqlayıb.

16-20-ci pilləni tutan pilotlar isə növbəti sessiyanı buraxacaqlar.

Bununla da Franko Kolapinto ("Alpin"), Niko Hülkenberq ("Zauber"), Esteban Okon ("Haas"), Pyer Qasli ("Alpin"), eləcə də Aleksandr Albon ("Uilyams") ikinci sessiyada iştirak edə bilməyəcəklər.

***

16:28

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turu davam edir.

***
16:20

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turu növbəti dəfə dayandırılıb.

Teleqraf xəbər verir ki, buna səbəb "Zauber"in pilotu Niko Hülkenberqin baryerə toqquşması olub.

***

16:16

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turu davam edir.

***

16:10

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turu dayandırılıb.

Teleqraf xəbər verir ki, buna səbəb "Uilyams" komandasının pilotu Aleksandr Albonun baryerə çırpılmasından sonra qırmızı bayrağın dalğalandırılması olub.

***

16:00

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turu başlayıb.

Teleqraf xəbər verir ki, Bakı Şəhər Halqasında təşkil olunan yürüşdə 10 komanda iştirak edir.

Bu gün baş tutan üçüncü sərbəst yürüşdə "Maklaren"in pilotu Lando Norris birinci olub.

Britaniyalı sürücü ötən gün keçirilən birinci sərbəst yürüşdə də bütün rəqiblərini qabaqlamağı bacarıb. İkinci sərbəst yürüşü isə "Ferrari"dən Lüis Hemilton qazanıb.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.