BAKI, 20 sentyabr. TELEQRAF

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü başa çatıb.

Teleqraf xəbər verir ki, Bakı Şəhər Halqasında təşkil olunan yürüşdə finişə ən tez "Maklaren"in pilotu Landro Norris çatıb.

"Red Bull"un sürücüsü ikinci, Norrisin komanda yoldaşı Oskar Piastri isə üçüncü olub.

Qeyd edək ki, bu gün saat 16:00-da Formula 1-in sıralama turu baş tutacaq.

***

13:30

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşünün startı yubanıb.

Teleqraf xəbər verir ki, buna səbəb Bakı Şəhər Halqasına ağacın aşması olub.

Güclü külək nəticəsində aşan ağacın qırıntıları təmizlənib.

***

12:30

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüş başlayıb.

Teleqraf xəbər verir ki, pilotlar bir saat ərzində 6 kilometrlik Bakı Şəhər Halqasında dövrə vuracaqlar.

İlk sərbəst yürüşdə "Maklaren”in pilotu Lando Norris birinci, onun komanda yoldaşı Oskar Piastri isə ikinci olub. İlk üçlüyü "Ferrari"dən Şarl Lekler qapayıb.

İkinci sərbəst yürüşdə isə "Ferrari"dən Lüis Hemilton birinci, Şarl Lekler ikinci, "Mersedes"in pilotu Corc Rassel isə üçüncü olub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 21-də başa çatacaq.