BAKI, 19 sentyabr. TELEQRAF
Formula 1 üzrə Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş başa çatıb.
Teleqraf xəbər verir ki, Bakı Şəhər Halqasında keçirilən yürüşdə “Ferrari”nin pilotu Lüis Hemilton ən yaxşı nəticəni göstərib.
Hemiltonun komanda yoldaşı Şarl Lekler ikinci, “Mersedes"dən Corc Rassel isə üçüncü olub.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.
***
16:00
Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş başlayıb.
Teleqraf xəbər verir ki, pilotlar bir saat ərzində 6 kilometrlik Bakı Şəhər Halqasında dövrə vuracaqlar.
İlk sərbəst yürüşdə "Maklaren”in pilotu Lando Norris birinci, onun komanda yoldaşı Oskar Piastri isə ikinci olub. İlk üçlüyü "Ferrari"dən Şarl Lekler qapayıb.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 21-də başa çatacaq.