BAKI, 19 sentyabr. TELEQRAF
Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 yarışının sıralama turu başa çatıb.
Teleqraf xəbər verir ki, yürüşü DAMS komandasında Cek Krouford qazanıb.
"İnvikta Rasinq"dən Leonardo Fornaroli ikinci, "Prema Rasinq"dən isə Qabriel Mini üçüncü olub.
***
15:03
Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 yarışının sıralama turunda növbəti qəza baş verib.
Teleqraf xəbər verir ki, "İnvikta Rasinq"in pilotu Roman Stanek "Van Amersfoort Rasinq"dən Con Bennetlə toqquşub.
***
15:00
Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 yarışının sıralama turu davam edir.
Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 yarışının sıralama turu növbəti dəfə dayandırılıb.
Teleqraf xəbər verir ki, yürüş "Art" komandasının pilotu Viktor Martinsin baryerə çırpıldığına görə dayanıb.
Onun bolidi trasdan götürüldükdən sonra yürüş davam edəcək.

***
14:24
Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 yarışının sıralama turu davam edir.
***
14:15
Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 yarışının sıralama turu dayandırılıb.
Teleqraf xəbər verir ki, buna səbəb "Rodin Motorsport" komandasının pilotu Amori Kordelin qəza etməsi olub.
Onun bolidi trasdan götürüldükdən sonra yürüş davam edəcək.

***
14:15
Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 yarışının sıralama turu başlayıb.
Teleqraf xəbər verir ki, yürüş saat 14:30-a qədər davam edəcək.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.