BAKI, 19 sentyabr TELEQRAF

Formula 1 üzrə Azərbaycan Qran-Prisində birinci sərbəst yürüş başa çatıb.

Teleqraf xəbər verir ki, Bakı Şəhər Halqasında keçirilən yürüşdə “Maklaren”in pilotu Lando Norris ən yaxşı nəticəni göstərib.

Norrisin komanda yoldaşı Oskar Piastri ikinci, “Ferrari"dən Şarl Lekler isə üçüncü olub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü bu gün saat 16:00-da start götürəcək.

***
13:08

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşündə yaranan problem həll edilib.

Teleqraf xəbər verir ki, trasda baş verən maneə aradan qaldırılaraq sessiya davam etdirilib.

***
12:50

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüş dayandırılıb.

Teleqraf xəbər verir ki, buna səbəb trasda maneənin olmasıdır.

Problem həll ediləndən sonra sessiya davam etdiriləcək.

***
12:30

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisində sərbəst yürüş başlayıb.

Teleqraf xəbər verir ki, pilotlar bir saat ərzində 6 kilometrlik Bakı Şəhər Halqasında dövrə vuracaqlar.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 21-də başa çatacaq.