BAKI, 19 sentyabr. TELEQRAF

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2-nin ilk sərbəst yürüşü başa çatıb.

Teleqraf xəbər verir ki, finişə ilk çatan “Rodin Motorsport"un pilotu Aleks Dann olub.

DAMS komandasının pilotu Cek Krouford ikinci, "Haytex"in pilotu Dino Beqanoviç isə üçüncü yeri tutub.

Qeyd edək ki, Formula 1-in sərbəst yürüşü 12:30-da başlayacaq.

***

10:02

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə sərbəst yürüşə start verilib.

Teleqraf xəbər verir ki, yürüş saat 10:45-ə qədər davam edəcək.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.