BAKI, 27 may. TELEQRAF
Mixael Şumaxerin bir vaxtlar idarə etdiyi "bolid Monako" Qran-Prisi çərçivəsində keçirilən “Sotheby's” hərracında rekord 18,2 milyon dollara satılıb.
Teleqraf xəbər verir ki, Şumaxer bu “Ferrari” ilə 2001-ci ildə nüfuzlu Monako Qran-Prisinin qalibi olub.
211 şassi nömrəli Ferrari F2001 xüsusi avtomobil hesab olunur. Şumaxer bu bolidlə həmçinin Macarıstan Qran-Prisində qalib gəlib və dördüncü çempion titulunu əldə edib. Satışa çıxarılmazdan əvvəl avtomobil “Ferrari” mütəxəssislərinin iştirakı ilə tam texniki baxışdan keçib. Maşını işlək vəziyyətə gətirmək üçün təkcə yeni yanacaq çənlərinin quraşdırılması qalıb ki, onlar da artıq indiki sahibi tərəfindən sifariş edilib və qiyməti ödənilib.