Cənubi Qafqazda Qərbin “parçala, hökmranlıq et” prinsipi erməni dostlarımızın timsalında görünür.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Postsovet dövrünün lap əvvəlindən Qərb Rusiya ilə qonşuları arasında münasibətlərə müdaxilə etməyə başladı. İndiyə qədər həmin siyasəti aparırlar. Bu, həm Orta Asiya, həm də Cənubi Qafqazda xüsusən də erməni dostlarımızdan timsalında, həm də keçmiş SSRİ-nin Avropa hissəsində - Ukrayna və Moldovada görünür”, - Lavrov bildirib.