Ermənistan hələ KTMT-dən çıxmayıb.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan ordusunun Baş Qərargah rəisi, general Edvard Asryan deyib.
“KTMT-dən çıxmağın nəyə gətirib çıxaracağına gəlincə, bu sual sirdir”, - general bildirib.
Asryan Rusiya silahlarının tədarükü ilə bağlı da şərh verməkdən imtina edərək, bu prosesin də “dövlət sirri” olduğunu qeyd edib.
Baş nazir Nikol Paşinyan ötən həftə bəyan etmişdi ki, Ermənistan KTMT ilə münasibətləri de-fakto dondurub, belə davam edərsə, onu de-yure də donduracaqlar.