Ermənistana rəsmi səfəri çərçivəsində bu ölkənin müdafiə naziri Suren Papikyan yunan həmkarı Nikos Dendiasla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə Ermənistan və Yunanıstan arasında müdafiə sahəsində əməkdaşlığın hazırkı kursu, 2023-cü ilin dekabrında Afinada əldə olunmuş razılaşmalar istiqamətində görülən işlər və əməkdaşlığın bir sıra yeni istiqamətləri müzakirə edilib.
İki ölkə arasında hərbi-texniki əməkdaşlıq haqda sazişin ratifikasiyasından sonra hərbi-texniki əməkdaşlığa yeni öhdəliklərin verilməsi razılaşdırılıb.