Lazım gələrsə, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında təmaslar operativ şəkildə təşkil oluna bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Hazırda cədvəl üzrə yüksək səviyyəli əlaqə yoxdur. Eyni zamanda, zərurət yaranarsa, əlbəttə, belə əlaqələr yarana, telefon danışıqları kifayət qədər operativ təşkil oluna bilər”, - Kreml nümayəndəsi bildirib.