Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı ilə bağlı yekun qərarını açıqlamasını gözləyir.

Teleqraf.com xəbər verir i, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov belə deyib.

“Son qərarın nə olacağını gözləyirik. Onlar deyirlər ki, biz KTMT-də fəaliyyətimizi de-fakto donduracağıq, amma istəsək, de-yure də dondurarıq”, - diplomat mətbuat konfransında bəyan edib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, İrəvanın bu mövqeyi çox cəlbedici deyil və buna görə də Rusiya Federasiyası Ermənistanın müxtəlif inteqrasiya şəraitində qarşılıqlı əsasda necə davam etmək və razılaşmaları necə həyata keçirmək istəyi ilə bağlı qərarını gözləyir”.