Ukrayna Prezidenti Vladimir Zelenski Ermənistana səfər etməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Radar Armenia” məlumat yayıb.
Ukrayna Prezident Aparatı da bundan əvvəl yayılan məlumata cavab verib. Aparatın sözçüsü Aleksandr Xripunov deyib ki, Ukrayna prezidentinin fəaliyyəti haqda məlumatlar sistemli və operativ şəkildə prezidentin rəsmi saytında yerləşdirilir.
Erməni mediası daha öncə Zelenskinin martda İrəvana gələcəyi barədə məlumat yaymışdı.