Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatları Rusiya sərhədçilərinin “Zvartnots” beynəlxalq hava limanında (İrəvan) yerləşməsindən narahatdırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə partiyanın parlamentdəki fraksiyasının sədrinin müavini Artur Ovannisyan bildirib.

Onun sözlərinə görə, bu məsələ təkcə onları yox, Ermənistan ictimaiyyətinin əksəriyyətini də narahat edir.

“Bu məsələ bizim siyasi komandamızın gündəmindədir. Hazırda müzakirələr aparılır. Qərar olanda hamımız bundan xəbərdar olacağıq”, - Ovannisyan deyib.