Ermənistan Avropa Birliyi və NATO-ya yox, yeni fəlakətə doğru gedir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
“Hesab etmirəm ki, bizi Avropa Birliyi və ya NATO-da qucaq açıb gözləyirlər. Pərdə arxasında Ermənistan hakimiyyətinə vədlər və zəmanətlər verirlər, nə üçün və ya nəyi (Rusiya) çıxarmaq üçün olduğu artıq bəllidir. Demokratik durumdan, siyasi məhbuslardan heç danışmıram. Ermənistanın hara getməsi ilə bağlı intensiv müzakirələr aparılır: NATO, AB, yoxsa... Ermənistan yeni fəlakətə doğru gedir”, - deputat bildirib.
Abramyan qeyd edib ki, yanlış siyasət nəticəsində Ermənistan yeni sınaqlar, müharibə və fəlakət qarşısında qalıb.