Ermənistan Baş naziri Nikol Paşinyan erkən parlament seçkilərinə getmək fikrindən daşınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, hakim komanda növbəti seçkiləri gözləməmək, yeni müxalifət formalaşana qədər əvvəlcə Konstitusiyanı dəyişdirmək, sonra erkən seçkilərə getmək istəyində idi:
“Son məlumata görə, hökumətin apardığı hesablamalar nəticəsində son aylarda dar çərçivədə müzakirə olunan növbədənkənar parlament seçkilərinin keçirilməsi ideyasından geri çəkiliblər. Hakim komanda qələbənin kifayət qədər çətin olacağı qənaətinə gəlib. Buna görə də, iki il sonra keçiriləcək seçkiləri gözləyəcəklər və bu müddətdən öz nüfuzlarını yüksəltmək üçün istifadə edəcəklər.
Hakim komandanın nümayəndəsinin fikrincə, anti-Rusiya isteriyası və Avropaya virtual inteqrasiyanın səbəbi də budur. Qarabağ müharibəsindən sonra Ermənistan əhalisinin çoxu Rusiyadan məyusdur, ona görə də anti-Rusiya siyasəti nüfuzunu yüksəldə bilər”.