Ermənistan müxalifətinin birləşdiyi Vətənin Xilası Hərəkatının yürüşü bu gün axşam saat 18:00-da Vaaqna Davtyan parkının qarşısından başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni müxalifəti məlumat yayıb.

Qeyd edilib ki, itaətsizlik aksiya-yürüşü Koçar küçəsindən keçməklə Baqramyan prospektinə qədər davam edəcək və Fransa meydanında başa çatacaq.